Bank Of Baku

Bakıda «BarCamp Caspian – 2009» beynəlxalq konfrans keçiriləcək

Bakıda «BarCamp Caspian – 2009» beynəlxalq konfrans keçiriləcək
# 12 mart 2009 12:44 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Bu ilin mart ayının 27-29-da Bakıda İnternet, informasiya texnologiyaları və müasir media sahələrinə həsr olunmuş «BarCamp Caspian-2009» beynəlxalq qeyri-ənənəvi konfransın keçirilməsi planlaşdırılır. Bununla bağlı bu gün Bakıda tədbir təşkilatçıları tərəfindən mətbuat konfransı keçirilib.
«APA-Economics»in məlumatına görə, Qafqaz Universitetində keçiriləcək tədbirdə Azərbaycan mütəxəssisləri ilə yanaşı 20-dək ölkənin, o cümlədən Almaniya, İtaliya, Türkiyə, Gürcüstan, Rusiya, Ukrayna, Orta Asiya və Baltika dövlətləri və s. ölkələrin nümayəndələrinin iştirakı gözlənilir.
«BarCamp Caspian» təşkilatının rəsmiləri bildiriblər ki, tədbirin platin sponsoru rolunda Qafqaz regionunun aparıcı telekommunikasiya operatoru olan «Delta Telecom» çıxış edir. Bununla yanaşı, kompüter avadanlıqlarının dünya üzrə aparıcı istehsalçısı olan HP və Norveçin «Opera Software» şirkətləri, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi də tədbirin sponsorları sırasındadır.
Tədbirdə «Google», «Yandex» axtarış sistemləri, Almaniyanın «Sevenload» video saytı, «Wordpress», «Creative Commons» kimi iri layihələrin nümayəndələrinin də iştirakı gözlənilir. Konfrans çərçivəsində ən son İinternet texnologiyalarının tətbiqi, innovasiyalar və layihələr, eləcə də gələcəyin İnterneti barədə müxtəlif təqdimatların keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, «BarCamp Caspian» ilk analoji tədbiri 2008-ci ilin avqust ayında Lənkəranda keçirib. Bu konfransda 150-yə yaxın yerli mütəxəssis iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR