Bank Of Baku

Azərbaycanın bütün poçt şöbələri ilin sonunadək Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminə qoşulacaq

Azərbaycanın bütün poçt şöbələri ilin sonunadək Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminə qoşulacaq
# 12 mart 2009 14:24 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» Dövlət Müəssisəsində Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin (AKİS) yaradılması üzrə aparılan işlər 2009-cu ilin sonuna kimi başa çatdırılacaq. Bu barədə «APA-Economics»ə AKİS-in yaradılması ilə bağlı keçirilən tenderin qalibi olmuş ABŞ-ın «Hewlett Packard» şirkətinin MDB ölkələri üzrə baş direktoru Rudi Kozak məlumat verib: «Bu günə kimi layihənin 60-70%-i artıq həyata keçirilib».
R.Kozakın sözlərinə görə, layihə çərçivəsində bu sistem artıq «Azərpoçt»un Baş İdarəsində qurulub. İlkin olaraq, Bakı şəhərində 1 poçt filialında və 5 poçt şöbəsində sınaq işləri aparılıb. Bu ilin sonunadək isə sistemin «Azərpoçt»un bütün poçt şöbələrini əhatə edəcəyi gözlənilir.
Bu günə kimi layihə çərçivəsində artıq Bakı şəhəri üzrə 50-dən çox poçt şöbəsinin yeni sistemə qoşulması təmin olunub. «AzDATACOM» şəbəkəsinə çıxışı olan poçt şöbələrində Milli Bankın KÖMİS sistemi (Kommunal Ödənişlərin Mərkəzləşdirilmiş İnformasiya Sistemi) vasitəsilə kommunal ödənişlərin (elektrik, qaz, su) yığımı təşkil olunub. Yaxın vaxtlarda «Azərpoçt»un həmçinin SWIFT beynəlxalq sisteminə qoşulması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR