Bank Of Baku

«Azərekspresspoçt» yeni endirim kampaniyasına başlayıb

«Azərekspresspoçt» yeni endirim kampaniyasına başlayıb
# 12 mart 2009 14:53 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. «Azərekspresspoçt» rabitə müəssisəsi Novruz bayramı ərəfəsində yeni endirim kampaniyasına start verib.
«Azərekspresspoçt»dan «APA-Economics»ə verilən məlumata əsasən, müəssisə martın 20-dən etibarən bağlamaların göndərilməsi üzrə tariflərə 20% güzəşt tətbiq edib. Qeyd edək ki, hazırda bağlamanın çəkisindən asılı olaraq (0,50 kq-dan 10 kq-dək) qiymətlər 20-162 manat təşkil edir. Bundan əlavə, «Qapıdan qəbul» xidmətinə görə əlavə olaraq 3 manat ödənilir. Qiymətlər 6 zonaya bölündüyündən bağlamalar zonadan asılı olaraq dəyişir.
Bununla yanaşı, «Azərekspresspoçt» bu ilin aprel ayının 1-dən etibarən Moldova və Latviyanın EMS (Express Mail Service) operatorları ilə qarşılıqlı hesablaşmalar aparacaq.
Xatırladaq ki, təsisçisi «Azərpoçt» Dövlət Müəssisəsi olan «Azərekspresspoçt» 1998-ci ilin yanvar ayında fəaliyyətə başlayıb. Hazırda «Azərekspresspoçt» sürətli poçt rabitəsi xidmətləri (EMS) göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR