Bank Of Baku

Bakıda yeni dəniz limanının baş planı iyunda Azərbaycana təqdim olunacaq

Bakıda yeni dəniz limanının baş planı iyunda Azərbaycana təqdim olunacaq
# 12 mart 2009 14:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Hollandiyanın «Royal Haskoning Group» şirkəti yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Baş Planını cari ilin iyun ayında Azərbaycan Nəqliyyat Nazirliyinə təqdim etməyi planlaşdırır. Bu barədə «APA-Economics»ə Nəqliyyat Nazirliyi nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov məlumat verib.
Şirkət bundan sonra layihənin detallarını mərhələli şəkildə 2010-cu ilin may ayınadək Nəqliyyat Nazirliyinə təqdim edəcək. Paralel olaraq ərazidə tikinti işləri aparılacaq.
Qeyd edək ki, Ələt qəsəbəsi yaxınlığında dəniz limanının tikintisi 3 mərhələdə həyata keçiriləcək. Birinci mərhələ 2011-ci ilə qədər, ikinci mərhələ 2011-2013-cü, üçüncü mərhələ isə 2013-2015-ci illəri əhatə edəcək. Limanda 11 yanalma körpüsü inşa olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR