Bank Of Baku

«Nar Mobile» şəbəkəsi əhatə dairəsini daha da genişləndirib

«Nar Mobile» şəbəkəsi əhatə dairəsini daha da genişləndirib
# 13 mart 2009 11:24 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) əhatə dairəsinin genişləndirilməsi strategiyası çərçivəsində 30-dan çox yeni baza stansiyası quraşdırıb.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, yeni baza stansiyaları Bakı (5), Abşeron (2), Ağdaş (1), Balakən (1), Daşkəsən (1), Füzuli (1), Qəbələ (2), Göyçay (2), Quba (1), İmişli (1), Kürdəmir (2), Lənkəran (2), Masallı (2), Oğuz (2), Şəki (2), Sumqayıt (1), Yevlax (2), Zaqatala (2) və Zərdabda (1) quraşdırılıb.
Hazırda «Nar Mobile» şəbəkəsi Azərbaycan əhalisinin 90%-nin yaşadığı ərazini əhatə edir.
Xatırladaq ki, «Azerfon» şirkəti 2007-ci ildə fəaliyyətinə başlayıb və hazırda «Nar Mobile» şəbəkəsindən 1 mln-dan çox abunəçi istifadə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR