Bank Of Baku

Avropada minik avtomobillərinin satış həcmi fevralda daha 18% azalıb

Avropada minik avtomobillərinin satış həcmi fevralda daha 18% azalıb
# 13 mart 2009 11:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayı ərzində Avropa ölkələrində minik avtomobillərinin satış həcmi 2008-ci ilin analoji dövrü ilə müqayisədə 18,3% azalaraq 968 159 ədəd təşkil edib.
«APA-Economics»in Avropa Avtomobil İstehsalçıları Assosiasiyasına (ACEA) istinadən verdiyi məlumata görə, hesabat ayında Almaniyanın «Volkswagen» konserninin («Audi», «Volkswagen», «Seat», «Skoda») satış həcmi 10,2% azalaraq 210 337 ədəd, «PSA Peugeot Citroen» konserninin satış həcmi 25,3% azalaraq 125 443 ədəd, «Ford»un («Ford», «Volvo», «Land Rover», «Jaguar») satış həcmi 12,7% azalaraq 95 164 ədəd, «General Motors»un («Opel», «Chevrolet», «Vauxhall», «Saab», «Cadillac») 21,9% azalaraq 86 334 ədəd, «Renault» konsernin («Renault», «Dacia») satışı 23,1% azalaraq 84 327 ədəd, «Fiat»ın («Fiat», «Alfa-Romeo», «Lancia») satışı 16,5% azalaraq 87 635 ədəd, BMW-nin satışı (BMW, «Mini») 29,2% azalaraq 40 928 ədəd, «Daimler»in («Mercedes-Benz», «Smart») satışı 29,8% azalaraq 42 632 ədəd, «Toyota Group» şirkətinin («Toyota», «Lexus») 18,3% azalaraq 53 868 ədəd, «Nissan»ın satışı 25,5% azalaraq 20 891 ədəd, «Mazda»nın satışı 15,1% azalaraq 16 608 ədəd, «Honda»nın satışı 11,2% azalaraq 17 441 ədəd, «KIA»nın satışı 22,4% azalaraq 15 659 ədəd, «Mitsubishi»nin satışı 21,8% azalaraq 8 510 ədəd, «Chrysler»in satışı 52,7% azalaraq 3 861 ədəd, «Land Rover»in satış həcmi isə 46,7% azalaraq 2 590 ədəd təşkil edib.
Buna baxmayaraq, fevralda «Hyundai» avtomobillərinin satış həcmi 20,2% artaraq 26 173-ə, «Suzuki»nin satış həcmi 0,6% artaraq 20 550-yə, «Jaguar»ın satışı isə 12,3% artaraq 1 163-ə çatıb.
Bundan başqa, hesabat ayında digər avtomobil istehsalçılarının satışı da 2008-ci ili fevral ayı ilə müqayisədə 16,9% azalaraq 8 531 ədəd təşkil edib.
Qeyd edək ki, 2009-cu ilin yanvar-fevral ayları ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə Avropada minik avtomobillərinin satış həcmi 22,6% azalaraq 1 933 210 ədəd təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR