Bank Of Baku

Ukraynanın «Utel» şirkəti «Azerfon» şəbəkəsində beynəlxalq rouminq xidmətləri göstərilməyə başlayıb

Ukraynanın «Utel» şirkəti «Azerfon» şəbəkəsində beynəlxalq rouminq xidmətləri göstərilməyə başlayıb
# 13 mart 2009 12:27 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Ukraynanın «Utel» şirkəti Azərbaycanın «Azerfon» mobil rabitə operatorunun («Nar Mobile» ticarət nişanı) şəbəkəsində beynəlxalq rouminq xidmətləri göstərməyə başlayıb.
«APA-Economics»in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, «Utel» Ukraynanın İnternet və telefoniya sahəsində fəaliyyət göstərən «Ukrtelekom» şirkətinin törəmə müəssisəsidir. Şirkət «Ukrtelekom»un mobil rabitə bazarında iştirak etməsi məqsədi ilə yaradılıb. «Utel» şirkəti 2007-ci ildə Ukraynanın ilk wCDMA (UMTS) şəbəkəsini kommersiya istifadəsinə verib.
Hazırda şirkət Ukraynada ilk olaraq videorabitə, videozənq kimi xidmətlər göstərir. Şirkətin rouminq xidmətləri dünyanın 32 ölkəsində göstərilir.
Xatırladaq ki, «Azerfon» şirkəti 2007-ci ildə kommersiya fəaliyyətinə başlayıb və hazırda «Nar Mobile» şəbəkəsindən 1 mln-dan çox abunəçi istifadə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR