Bank Of Baku

«B&B TV» şirkətinin rəhbərliyi dəyişib

«B&B TV» şirkətinin rəhbərliyi dəyişib
# 13 mart 2009 12:56 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan-ABŞ «B&B TV» şirkətinin rəhbərliyində dəyişikliklər baş verib. Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, «B&B TV»-nin baş direktoru Novruz Şabanov yeni vəzifəyə keçdiyinə görə, onun yerinə bu vəzifəyə Səbinə Babayeva təyin edilib.
Qeyd edək ki, S.Babayeva bundan öncə «SkyBell» İnternet-provayder şirkətinin baş direktoru vəzifəsində çalışıb. «SkyBell» şirkəti iqtisadi çətinliklərlə bağlı bu ilin fevral ayından fəaliyyətini dayandırıb.
Xatırladaq ki, 1998-ci ildən fəaliyyət göstərən «B&B TV» (Bakı-Boston TV) müştərək müəssisəsi Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Teleradio» İstehsalat Birliyi və ABŞ-ın «Eastward Bound» şirkətinin təsisçiliyi ilə yaradılıb və hazırda kabel televiziyası xidmətlərini göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR