Bank Of Baku

Azərbaycan kibercinayətkarlığa qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfransda iştirak edib

Azərbaycan kibercinayətkarlığa qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfransda iştirak edib
# 13 mart 2009 15:34 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsi kibercinayətkarlığa qarşı mübarizəyə həsr olunmuş Strasburqda (Fransa) keçirilən beynəlxalq konfransda iştirak edib. RİTN-dən «APA-Economics»ə verilən məlumata əsasən, konfransda Azərbaycanı nazirliyin hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov təmsil edib.
Konfransın əsas məqsədi İnternetdə baş verən cinayətlərə qarşı mübarizədə dövlət və özəl sektorlar arasında əməkdaşlığı möhkəmləndirmək olub. Avropa İttifaqı bu məqsədlə konfransa hökumət, hüquq mühafizə orqanlarından və İnternet sənayesinin (o cümlədən, «Microsoft», Kasperski laboratoriyasının, «Yahoo!», «PayPal» və «McAfee») ekspertlərini cəlb edib.
Konfrans çərçivəsində aşağıdakı mövzular üzrə seminarlar keçirilib:
• İnternetdə cinayətkar fəaliyyətindən gələn gəlirlərin izlənməsi və kiberfırıldaqçılığın və çirkli pulların yuyulmasının qarşısının alınması;
• İnternet provayderlərin öhdəliklərinə görə cinayət məsuliyyəti;
• Kibercinayətkarlıqla mübarizə sahəsində professional hazırlıq, o cümlədən universitetlər, hüquq mühafizə orqanları, özəl sektor və qeyri-dövlət təşkilatları («Microsoft», İnterpol, Evropol və Dublin Universiteti) arasında əməkdaşlığa əsaslanan «iki mərkəz» layihəsi;
• Beynəlxalq əməkdaşlıq və daimi əlaqə.
Konfransda həmçinin kibercinayətkarlıq sahəsində mövcud qanunvericilik, yeni tendensiyalar və təhlükələr, o cümlədən «cloud computing» ilə bağlı təhlükələr və onların məlumatların qorunmasına aid olan nəticələri diqqət mərkəzində saxlanılıb.
Hazırda B.Məmmədov Strasburqda keçirilən Kiber-məkanda cinayətkarlıq haqqında Konvensiyasının komitəsinin (T-CY) toplantısında iştirak edir.
Qeyd edək ki, hazırda dünya üzrə yeganə beynəlxalq hüquq aktı olan Avropa İttifaqının Kiber-məkanda cinayətkarlıq haqqında Konvensiya (2001-ci il) 23 ölkə tərəfindən təsdiq edilib. Bütün dünya üzrə 100-dən çox ölkə Konvensiyanı nümunə götürərək mövcud qanunvericiliyini gücləndirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR