Bank Of Baku

Asiya İnkişaf Bankının CAREC proqramı məsləhətçi missiyası Azərbaycana gələcək

Asiya İnkişaf Bankının CAREC proqramı məsləhətçi missiyası Azərbaycana gələcək
# 03 aprel 2009 09:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) üzrə növbəti məsləhətçi missiyası bu ay Azərbaycana səfər edəcək.
AİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, səfərin əsas məqsədi CAREC proqramı çərçivəsində nəqliyyat sahəsi üzrə treninqlərin keçirilməsi və bu sahədə potensialın inkişaf planı ilə bağlı məsələlərin müzakirə edilməsidir: «Missiyanın səfəri aprelin 20-dən 25-dək davam edəcək. Nümayəndə heyətinə AİB-in CAREC çərçivəsində nəqliyyat sektorunun potensialının inkişafı üzrə mütəxəssisi Ceyms Piter Rizer (James Peter Rizer) başçılıq edəcək».
Qeyd edək ki, ötən il ərzində CAREC üzrə nəqliyyat dəhlizləri 64% güclənib, 2012-ci ildə dəhlizlərin 75%, 2017-ci ilədək isə 100% aktivləşəcəyi gözlənilir.
Xatırladaq ki, CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür və onun icrasına 1997-ci ildə başlanılıb. Hazırda bu proqram nəqliyyat, ticarət siyasəti və energetika sahələrini əhatə edir. CAREC Proqramı ilə Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və BMT-nin İnkişaf Proqramı sıx əməkdaşlıq edir və bu qurumlar 2006-2008-ci illər ərzində energetika, nəqliyyat və ticarət sahələrində həyata keçirilən investisiya layihələrinin icrasına 2,3 mlrd. dollar kredit ayırmağı planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR