Bank Of Baku

Azərbaycanla Rusiya arasında nəqliyyat sektorunda əməkdaşlığın genişləndirilməsinə dair sənəd imzalanıb

Azərbaycanla Rusiya arasında nəqliyyat sektorunda əməkdaşlığın genişləndirilməsinə dair sənəd imzalanıb
# 03 aprel 2009 13:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Bakıda Xəzəryanı dövlətlərin nəqliyyat nazirlərinin I iclası çərçivəsində Azərbaycan və Rusiya nəqliyyat nazirlərinin ikitərəfli görüşü keçirilib. Bu barədə «APA-Economics»ə Nəqliyyat Nazirliyinin katibliyindən məlumat verilib.
Rusiyanın nəqliyyat naziri İqor Levitinin başçılıq etdiyi nümayəndə heyəti yenicə istifadəyə verilmiş Bakı Beynəlxalq Avtovağzal Kompleksində olub. Sonra azərbaycanlı və rusiyalı nazirlər ikitərəfli əlaqələr, yol-nəqliyyat kompleksinin müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi mövzusu ətrafında müzakirələr aparıblar. Müzakirələr zamanı dəniz nəqliyyatı, dəmir yolu, Samur çayı üzərindən keçməklə istismar ediləcək avtomobil körpüsü, avtomobil nəqliyyatı və hava nəqliyyatı sahələrində əməkdaşlığa dair razılaşmalar əldə edilib və müvafiq protokol imzalanıb. Tərəflər son illər ölkələr arasında nəqliyyat sektorunda əlaqələrin daha çox inkişaf etdiyini vurğulayıblar.
Sonra Azərbaycan və Rusiya nümayəndə heyətləri Dəniz Akademiyasında olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR