Bank Of Baku

«Aztelekom» Sumqayıtda NGN texnologiyasının tətbiqi ilə bağlı yeni tender keçirir

«Aztelekom» Sumqayıtda NGN texnologiyasının tətbiqi ilə bağlı yeni tender keçirir
# 03 aprel 2009 13:47 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi (İB) Sumqayıtda NGN və digər müasir telekommunikasiya avadanlıqlarının tətbiqi ilə bağlı təkrar tender elan edib. «Iskratel» MMC-dən «APA-Economics»ə verilən məlumata görə, NGN şəbəkəsinin yaradılması üzrə keçirilmiş birinci tender baş tutmayıb. Hazırda şirkət yeni tenderdə iştirakla bağlı təkliflər hazırlayır.
İlkin məlumata görə, layihə çərçivəsində bu il ərzində Sumqayıtda ADSL xidmətlərinin sürətlərinin artırılması, NGN texnologiyası əsasında İP TV və digər xidmətlərin tətbiqi, eləcə də Gəncədə analoji layihənin tətbiqi planlaşdırılır. Yeni nəsil avadanlıqlarla təchiz ediləcək bu şəbəkələr «Aztelekom» İB-də əsas mərkəzlə (Softswitch), həm də həmin şəbəkələrin mərkəzlərinin («Softswitch»lərinin) bir-biri ilə birbaşa qarşılıqlı əlaqədə işləmək imkanlarına malik olacaq.
Nəzərdə tutulan planlar həyata keçirildikdən sonra Gəncə ATS-in mövcud tutumu 52 600 nömrədən 60 888 nömrəyədək, Sumqayıt ATS-in tutumu isə 54 348 nömrədən 67 552 nömrəyə çatdırılacaq.
Qeyd edək ki, hazırda NGN texnologiyası vasitəsi ilə Şamaxı telekommunikasiya qovşağı tam elektronlaşdırılıb. Bu texnologiyanın tətbiqi «Aztelekom» İB-nin abunəçilərinə İP TV, video telefon, yüksək sürətli İnternet və 21 yeni servis xidmətinə qoşulmaq imkanını verir.
Xatırladaq ki, «Iskratel» şirkətinin baş ofisi 1989-cu ildə «Iskra Telematika» və «Siemens A.G.» şirkətləri tərəfindən təsis edilib. Şirkətin əsas fəaliyyəti gələcəyin informasiya cəmiyyətinin stasionar və mobil telefoniya, konvergent şəbəkələri, yeni nəsil şəbəkələri sahəsində kommunikasiya ehtiyaclarını təmin etmək üçün kompleks həllərin hazırlanmasıdır.
Onu da qeyd edək ki, «Aztelekom» İB Abşeronun ardınca Gəncə və Sumqayıtda TDM şəbəkələrinin tam yenidən qurulması və NGN şəbəkələrinin istifadəyə verilməsini nəzərdə tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR