Bank Of Baku

Bakıda Mərkəzləşdirilmiş Avtomatik Radiomonitorinq Şəbəkəsi qurulur

Bakıda Mərkəzləşdirilmiş Avtomatik Radiomonitorinq Şəbəkəsi qurulur
# 03 aprel 2009 13:56 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Bakının Mehdiabad qəsəbəsində «Mərkəzləşdirilmiş Avtomatik Radiomonitorinq Şəbəkəsinin qurulması Layihəsi» çərçivəsində şəbəkənin Abşeron seqmentinin İdarəetmə Mərkəzinin binasının tikintisinə başlanılıb.
Dövlət Radiotezliklər İdarəsindən (DRİ) «APA-Economics»ə verilən məlumata əsasən, bundan əlavə Abşeronda 3 stasionar və 1 mobil radiomonitorinq (pelenqasiya və analiz işləri daxil olmaqla) məntəqələrinin təşkil edilməsi də nəzərdə tutulur. Ümumilikdə, şəbəkənin Abşeron bölməsi Mehdiabad şimal-qərb (İdarəetmə Mərkəzi), Yeni Günəşli və Sahil məntəqələrindən ibarət olacaq.
Hər üç məntəqənin radiomonitorinq avadanlığı ilə təchiz olunmasına təqribən 20 mln. dollar vəsait tələb olunur. Hələ ki, layihənin həyata keçirilməsi üçün maliyyə mənbəyi müəyyən edilməyib, lakin ilkin maliyyə vəsaitinin dövlət büdcəsindən ayrılacağı gözlənilir.
Bundan əlavə, layihənin həyata keçirilməsi üçün DRİ-nin daxili imkanlarından və texniki kreditlərdən də istifadə edilə bilər.
Qeyd edək ki, adları çəkilən monitorinq məntəqələrindən Sahil və Yeni Günəşli qəsəbələrinlə yerləşən məntəqələr fəaliyyət göstərir. Layihə çərçivəsində bu məntəqələrdə təmir işlərindən sonra avadanlıqların müasirləşdirilməsi nəzərdə tutulub.
Stasionar məntəqələrdə ilkin olaraq 18 QHs-ə qədər radiomonitorinq, 6 QHs-ə qədər pelenqasiya və 18 QHs-ə qədər olan geniş zolaqlı və müxtəlif modulyasiyalı radiosiqnalların (TV, FM, GSM, CDMA, WiMax, WiFi, Trank, DVB-T və s.) analiz-təhlil imkanlarının olması nəzərdə tutulub.
Bununla yanaşı, stasionar məntəqələrin İdarəetmə Mərkəzindən idarə edilməsi və məntəqələrarası məlumatların sürətli mübadiləsi üçün rabitə təşkil olunacaq.
Mobil stansiyada ilkin olaraq 18 QHs-ə qədər radiomonitorinq və 6 QHs-ə qədər pelenqasiya və 18 QHs-ə qədər olan geniş zolaqlı və müxtəlif modulyasiyalı radiosiqnalların analiz-təhlil imkanlarının yaradılması planlaşdırılır. Bundan əlavə, mobil stansiyanın məntəqələrlə rabitə ilə təmin edilməsi nəzərdə tutulub. Sonrakı mərhələdə şimal regionunda Quba-Qəbələ istiqamətində, cənub bölgəsində Masallıda və Gəncədə analoji işlər aparılacaq.
Sistem efirə kənar maneə təsirlərini analiz edəcək, radioelektron vasitələrin dəqiq uçotunun aparılmasının və online rejimində Azərbaycan hüdudları daxilində məlumat mübadiləsini təmin edəcək. Bu, eyni zamanda tezlik resurslarından daha səmərəli istifadə olunması üçün zəmin yaradacaq.
DRİ-nin tədbirlər planına görə, Mərkəzləşdirilmiş Avtomatik Radiomonitorinq Şəbəkəsinin qurulması işləri 2010-cu ilədək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR