Bank Of Baku

«Azərsu» və «Sumqayıtelektrikşəbəkə» içməli su təchizatına görə yaranmış borcun ödənilməsinə dair razılığa gəlib

«Azərsu» və «Sumqayıtelektrikşəbəkə» içməli su təchizatına görə yaranmış borcun ödənilməsinə dair razılığa gəlib
# 04 aprel 2009 08:07 (UTC +04:00)
Bu barədə APA-ya «Sumqayıtelektrikşəbəkə» ASC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Xatırladaq ki, «Sumqayıtelektrikşəbəkə» ASC martın 30-da borclarını ödəməsi üçün «Azərsu» SC-yə aprelin 3-dək vaxt verib.

«Sumqayıtelektrikşəbəkə»dən bildirildiyinə görə, qurumların rəhbərliyi səviyyəsində aparılmış danışıqlar nəticəsində «Azərsu» əvvəlki borcunu hissə-hissə, ay ərzində sərf etdiyi enerjinin pulunu isə tam şəkildə ödəməyə razılıq verib.

Qeyd edək ki, elektrik enerjisindən istifadəyə görə “Azərsu“ SC müəssisələrinin 2007-ci il ərzində 12 376,2 min manat, 2008-ci ildə 8 646,65 min manat, ümumilikdə isə 01.10.2002-ci ildən 01.03.2009-cu il tarixə kimi 46 638,17 min manat debitor borcları yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR