Bank Of Baku

«Aztelekom»un CDMA şəbəkəsi ölkə ərazisinin 60%-ni əhatə edir

«Aztelekom»un CDMA şəbəkəsi ölkə ərazisinin 60%-ni əhatə edir
# 06 aprel 2009 06:46 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyinin (İB) CDMA simsiz rabitə xidməti şəbəkəsi istifadəçilərinin sayı 15 min nəfərə çatıb.
«Aztelekom» İB-dən «APA-Economics»ə verilən məlumata əsasən, CDMA simsiz rabitə xidməti şəbəkəsinin genişləndirilməsi istiqamətində görülən tədbirlər çərçivəsində Ağdam, Füzuli, Sabirabad, Beyləqan, Ağdaş, Ağsu, Cəlilabad və Yevlax rayonunun Telekommunikasiya Qovşaqlarında yeni baza stansiyalarının quraşdırılması başa çatdırılıb. Hazırda «Aztelekom»un CDMA şəbəkəsi respublika üzrə 23 telekommunikasiya qovşağının xidmət ərazisində fəaliyyət göstərir və ölkə ərazisinin 60%-ni əhatə edir.
Qeyd edək ki, CDMA fon maneələrini, paralel kanallararası danışıqları və digər maneələri dəf edərək informasiyanın məxfiliyinin saxlanılmasını və rabitənin keyfiyyətini artırır. CDMA vasitəsilə rəqəmsal idarə olunan kanallardan zəng edən abonentin təyini, operativ məlumatların və verilənlərin ötürülməsi də daxil olmaqla, istifadəçilərə yeni xidmətlərdən geniş istifadə üçün imkan yaradır. Siqnal spektrinin genişləndirilməsi süni maneələrin qarşısını aldığından, CDMA hərbi rabitə sistemlərində də geniş istifadə edilir.
Xatırladaq ki, «Aztelekom» CDMA simsiz rabitə xidmətini 2005-ci ilin sentyabr ayında istismara verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR