Bank Of Baku

«Catel» şirkəti ilk rouminq müqaviləsi bağlamağa hazırlaşır

«Catel» şirkəti ilk rouminq müqaviləsi bağlamağa hazırlaşır
# 06 aprel 2009 11:27 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın aparıcı CDMA operatoru olan «Catel» şirkəti yaxın vaxtlarda ilk rouminq müqaviləsi bağlamağı planlaşdırır. «Catel» şirkətinin Marketinq və ictimaiyyətlə əlaqələr Departamentinin direktor müavini Günel Heydərovanın «APA-Economics»ə verdiyi məlumata görə, ilk müqavilənin ərazisində 14-20 mindən artıq azərbaycanlı yaşayan Qırğızıstanla bağlanacağı gözlənilir. Gələcəkdə rouminq şəbəkəsinin genişləndirməsi şirkətin strategiyasının prioritet sahələrindən biridir.
G.Heydərova qeyd edib ki, GSM standartı uzun zaman mobil rabitə bazarında lider mövqeyini tutduğundan, CDMA standartı Avropada və bütövlükdə dünyada o qədər də populyar olmayıb. Öz növbəsində, bünövrəsi Amerikada qoyulan CDMA standartının istehsalçısı «Qualcomm» şirkətidir. Hazırda «Qualcomm» bu standartı dünya bazarlarına çıxarır. CDMA standartının kontent xidmətlərinin inkişafı üçün geniş çeşidli imkanları olsa da, rouminq imkanları nisbətən məhduddur.
Xatırladaq ki, 1997-ci ildə yaradılan «Catel» şirkəti WLL abonentlərinə FH-CDMA standartında simsiz rabitə xidmətləri, eləcə də mobil rabitə abonentlərinə 3G CDMA standartında rabitə xidmətləri göstərir. Hələ 2004-cü ilin avqust ayından şirkət Azərbaycanda ilk dəfə olaraq ən müasir 3-cü nəsil CDMA 2000 1x mobil rabitə texnologiyasını «Huawei» şirkətinin avadanlığı əsasında tətbiq etməyə başlayıb. Bu texnologiya 2-ci nəsil mobil rabitədən bir sıra üstün cəhətləri ilə fərqlənir: standartın ekoloji cəhətdən təmizliyi, şəbəkənin geniş tutumu, məlumatın yüksək sürətlə ötürülməsi, analoq və rəqəmsal faksın dəstəklənməsi və s.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR