Bank Of Baku

Azərbaycanda 1 000-ci «Belarus» traktoru istehsal olunub

Azərbaycanda 1 000-ci «Belarus» traktoru istehsal olunub
# 06 aprel 2009 12:13 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı - APA. Bu gün Gəncə Avtomobil Zavodunda (GAZ) sayca 1 000-ci «Belarus» markalı traktor istehsal olunub. APA-nın məlumatına görə, tədbirdə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər rəsmi şəxslər iştirak ediblər.
N.Patskeviçin APA-nın qərb bürosuna verdiyi məlumata görə, 2007-ci ildə bu işə başlayarkən istehsal və tələbat məsələləri ilə bağlı müəyyən narahatçılıq olub: «Lakin bu gün artıq 1 000-ci traktor istehsal olunub. Biz gələcəkdə üçüncü ölkəyə ixrac etmək üçün traktorların istehsalına başlamaq niyyətindəyik».
Qeyd edək ki, GAZ-da 2008-ci il ərzində müxtəlif modeldə 481 ədəd «Belarus» markalı traktor istehsal edilib və bu, 2007-ci illə müqayisədə 13% çoxdur. Zavodun əsas sifarişçisi isə Azərbaycanın «Aqrolizinq» şirkətidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR