Bank Of Baku

«B&B TV» şirkəti HDTV texnologiyası ilə yeni televiziya xidmətləri göstərəcək

«B&B TV» şirkəti HDTV texnologiyası ilə yeni televiziya xidmətləri göstərəcək
# 06 aprel 2009 14:22 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın ilk kabel televiziyası xidmətləri göstərən şirkəti olan «B&B TV» («Bakı-Boston TV») HDTV (High-Definition Television) texnologiyası əsasında yeni televiziya xidmətlərinin göstərilməsi üzərində iş aparır.
Şirkətin Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, HDTV rəqəmli rabitə kanalları (kabellər, peyk şəbəkələri, rəqəmli daşıyıcılar) vasitəsi ilə yüksək keyfiyyətli televiziya yayımı standartıdır. HDTV-siqnallarının ötürülməsi HDMI və ya DVI-interfeysləri vasitəsi ilə baş verir. HDMI (High Definition Multimedia Interface) yüksək dəqiqlik üzrə multimedia interfeysi yüksək həllərlə rəqəmli video məlumatların, HDCP (High Bandwidth Digital Copy Protection) texnologiyası ilə sürət çıxarmadan müdafiə olunmuş çoxkanallı rəqəmli audio-siqnalların ötürülməsinə imkan yaradır. HDMI 4,9 Gbit/s-dən 10,2 Gbit/s-dək ötürmə qabiliyyətinə malikdir.
HDTV-televiziyası baha başa gələn televiziya xidmətləri növündəndir. Belə ki, Rusiyada tamamilə uyğun gələn avadanlığın qiyməti bir neçə min dollar, bir diskin qiyməti isə 40 dollar təşkil edir. İlkin mərhələdə HDTV standartında filmlərin və televiziya verilişlərinin yayımı ABŞ-da, Hindistanda, Yaponiyada və Avropada pullu kabel və peyk kanalları ilə həyata keçirilib. Məhz bu ölkələrdə «rəqəmli» evlərin ümumi sayının 60%-i cəmlənib. MDB ölkələri arasında Rusiya və Ukraynada «NTV-Plus» telekşirkəti HDTV formatında yayım həyata keçirir.
Xatırladaq ki, «Bakı-Boston TV» Azərbaycan-ABŞ birgə müəssisəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Teleradio» İstehsalat Birliyi və «Eastward Bound» şirkətinin təsisçiliyi ilə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR