Bank Of Baku

Azərbaycana yeni taksilər gətiriləcək - FOTOSESSİYA

Azərbaycana yeni taksilər gətiriləcək - <font color=red>FOTOSESSİYA</font>
# 07 aprel 2009 09:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyanın «QAZ» avtomobil zavodunun istehsal etdiyi yeni «Volga Siber» modeli Azərbaycanda taksi xidmətlərinin göstərilməsi üçün istifadə oluna bilər.
«QAZ»ın Azərbaycandakı rəsmi dileri olan «Moon Star Ltd.» şirkətinin meneceri Murad Qənbərzadənin «APA-Economics»ə verdiyi məlumata görə, hazırda ölkəyə bu modeldən cəmi 20 ədəd gətirilib: «Taksi biznesi ilə məşğul olan şirkətlərdən sifariş olarsa, yeni «Volga Siber» modeli Bakıda taksi xidmətlərinin göstərilməsi üçün istifadə oluna bilər».
M.Qənbərzadə onu da bildirib ki, «Moon Star Ltd.» şirkəti bir-neçə taksi parkına 20 ədəd qazla işləyən «QAZ-31105» modeli satıb və bu modellər artıq paytaxtda taksi kimi istismar olunur.
Qeyd edək ki, «Siber»in salonu «Chrysler Sebring» modelindən demək olar ki, heç nə ilə fərqlənmir. Lakin avtomobilin xarici görünüşü «Chrysler Sebring» modelindən fərqlidir. Yeni «Volqa Siber» modelinə iki növ benzin mühərriki quraşdırılıb. Belə ki, bundlardan biri 2,0 litr (141 at gücü), digəri isə 2,4 litr (143 at gücü) həcmindədir. Bundan başqa, 2,0 litr həcmində olan avtomobil mexaniki, 2,4 litr həcmində avtomobil isə avtomat sürət ötürücü qutusu ilə təchiz olunub. Əgər 2,0 litr mühərrikli avtomobil 100 km/saat sürətini 13,4 saniyəyə yığırsa, 2,4 litr mühərrikli avtomobil həmin sürəti 11,5 saniyəyə yığır. Yanacağın istifadəsinə gəldikdə isə, 2,0 litrli «Volqa» hər 100 km məsafəyə 10,4 litr benzin, 2,4 litrlik «Volqa» isə hər 100 km-ə 12,3 litr benzin istifadə edir. Avtomobilin satış qiyməti komplektasiya və parametrlərindən asılı olaraq 13,9-15,5 min manat təşkil edir.
Rusiya mətbuatının yaydığı məlumata görə isə, «QAZ» bir ildən sonra bir sıra modelin istehsalını dayandıracaq və bu siyahıya «Volga Siber» modeli də düşüb. İstehsalın dayandırılması maliyyə böhranı dövründə yaranan vəsait çatışmazlığı ilə bağlıdır.
Xatırladaq ki, «Moon Star Ltd.» şirkəti 2008-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin Bakı, Gəncə, Sumqayıt və Şəmkirdə satış və servis mərkəzləri mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR