Bank Of Baku

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Rusiya səfiri ilə görüşüb

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Rusiya səfiri ilə görüşüb
# 07 aprel 2009 14:18 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Rusiyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Vladimir Doroxinlə görüşüb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata əsasən, nazir Azərbaycanda prioritet sahə elan olunmuş informasiya-kommunikasiya texnologiyalarının inkişafına göstərilən dövlət qayğısı və sektorun dinamik inkişafından danışıb, bu sahədə qarşılıqlı əlaqələrin inkişaf etdirilərək daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Rusiya səfiri Azərbaycanda diplomatik fəaliyyətə başladıqdan sonra ölkəmizin ilk dövlət rəsmisi olaraq rabitə və informasiya texnologiyaları naziri ilə görüşdüyünü və bunun Azərbaycanla Rusiya arasında İKT sektorunda əməkdaşlıq sahəsində mühüm əhəmiyyət kəsb etdiyinə işarə olduğunu bildirib. V.Doroxin iki ölkə arasında ticarət dövriyyəsinin daim artdığını vurğulayaraq mövcud iqtisadi münasibətlərdə İKT-yə xüsusi önəm verildiyini qeyd edib və bildirib ki, son zamanlar Azərbaycanda bu sahənin inkişafı, həyata keçirilən regional layihələr diqqətlə izlənilir, Rusiya Qafqaz və Mərkəzi Asiya regionunda Azərbaycanı innovasiya mərkəzi və həyata keçirilməsi nəzərdə tutulmuş Qərb-Şərq, Şimal-Cənub informasiya dəhlizlərinin kəsişdiyi yer kimi görmək istədiyini xüsusi vurğulayıb.
Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrinin də iştirak etdiyi görüşdə İKT sahəsində hökumətlərarası sazişin imzalanmasının zəruriliyi qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR