Bank Of Baku

Analitiklər: İnternetin artım tempi rekord həddə çatıb

Analitiklər: İnternetin artım tempi rekord həddə çatıb
# 07 aprel 2009 14:57 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. ABŞ-ın «Symantec» Korporasiyasına aid olan «Netcraft» və «Message Labs» şirkətlərin apardığı araşdırmalara əsasən, hazırda dünya miqyasında İnternet rekord templərlə inkişaf edir.
«APA-Economics»in məlumatına görə, mart ayının əvvəlinə beynəlxalq şəbəkədə 224 749 695 sayt və bloq fəaliyyət göstərib ki, bu da yanvar ayının nəticələri ilə müqayisədə 4% çoxdur. Yeni saytların çox hissəsi Çinin QQ veb-serverinin (Çində məşhur «Qzone» portalı tərəfindən xidmət göstərilir), həmçinin «Microsoft IIS» serverinin idarəetməsindədir. Bir ay ərzində «Microsoft» məhsulları əsasında 3,3 mln. yeni sayt yaranıb, lakin bunlar əsasən «Windows Live» sistemində yerləşən bloqlar olub.
Bununla belə, veb-serverlər bazarında hakim mövqe hələ də «Apache»yə məxsusdur: onun əsasında 104 mln-dan çox (bazarın 46,35%-i) sayt işləyir.
Qeyd edək ki, aparılan araşdırmalara əsasən, hər gün Şəbəkədə 2 700-dən çox sayt yaradılır və bu saytlarda «ziyanverici» proqramlar yerləşdirilir. Ekspertlər həmçinin spamın artmasını qeyd edirlər: hazırda onun payı elektron poçtun ümumi həcminin 75,7%-ni təşkil edir.
Bundan başqa, elektron poçtda virusların sayının artması müşahidə olunur. Belə ki, bu gün 284,4 məktubdan 1-ii viruslu olur, 284,6 məktubdan 1-i «fişinq» təhlükəsi (tora düşmə) daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR