Bank Of Baku

«APC by Schneider Electric» şirkəti Azərbaycan bazarında 50% paya malikdir

«APC by Schneider Electric» şirkəti Azərbaycan bazarında 50% paya malikdir
# 08 aprel 2009 07:05 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın İT avadanlıqların elektrik gərginliyinin azalması və elektrik sistemlərindəki nasazlıqlardan müdafiəsi sistemləri bazarının 50%-i ABŞ-ın «APC by Schneider Electric» şirkətinin payına düşür.
«APC by Schneider Electric» şirkətinin MDB ölkələri üzrə baş meneceri Dmitriy Kirilovun «APA-Economics»ə verdiyi məlumata əsasən, hazırda şirkət əsas fəaliyyət istiqamətləri olan fasiləsiz elektrik təchizatı sistemləri və elektrik təchizatına nəzarət sistemləri üzrə dünya bazarında 20%-lik paya malikdir, MDB ölkələri üzrə bu göstərici 75%-ə çatır.
Azərbaycanda şirkətin məhsullarının uğurla tətbiq edildiyini nəzərə alaraq, ötən il «APC by Schneider Electric»in Bakıda ofisi yaradılıb.
Şirkətin tərəfdaşlıq proqramı resellerlərə (distribütor) zəmanətli biznes aparmağa imkan verir. Belə ki, «APC by Schneider Electric» resellerlər tərəfindən təqdim edilən individual layihələri onların təklif etdikləri qiymətlə qeydiyyata alır və bütün resellerlərə bu qiymətdən aşağı qiymətə konkret layihə çərçivəsində təklif etməməyi tövsiyə edir. Əks halda reseller «APC by Schneider Electric» şirkətinin tərəfdaşı siyahısından çıxarıla bilər. Beləliklə, şirkətin tərəfdaşı olan resellerlər individual layihələrin maya dəyərinə uyğun satışına nail olur.
Qeyd edək ki, «APC by Schneider Electric» şirkəti 2007-ci ildə APS və «MGE UPS Systems» şirkətlərinin birləşməsi nəticəsində yaradılıb. Bu ilin ortalarından və ya 2010-cu ildən etibarən APS və «MGE UPS Systems» şirkətlərinin məhsulları eyni «İTON» markası altında bazara təqdim ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR