Bank Of Baku

Azərbaycanda yeni «Mercedes E-Class» avtomobillərinin təqdimatı keçirilib - FOTOSESSİYA

Azərbaycanda yeni «Mercedes E-Class» avtomobillərinin təqdimatı keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 08 aprel 2009 07:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Almaniyanın «Mercedes-Benz» avtomobillərinin Azərbaycandakı baş distribütoru olan «AutoStar Kaukasus» şirkəti Bakıda yeni «E-Class» modelinin rəsmi təqdimatını keçirib.
«APA-Economics»in məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən «AutoStar Kaukasus» şirkətinin baş direktoru Yoahim Trenkle qeyd edib ki, mütəxəssislər yeni modeli istehsal edərkən keyfiyyət, təhlükəsizlik, rahatlıq və etibarlıq amillərinə üstünlük verib və təchizat sahəsini genişləndirib. «Mercedes E-Class» ailəsinin tarixindən danışan Y.Trenkle həmçinin bildirib ki, təqdim olunan yeni model 8-ci nəslə aiddir və ümumiyyətlə, «E-Class» sinfi «Mercedes-Benz»in davamlı olan modellərindən biridir: «Biz şadıq ki, bu modeli Azərbaycanda təmsil etmək bizə nəsib olub. Əminəm ki, yeni «E-Class» modeli də Azərbaycanda sələfləri kimi məşhur olacaq. Belə ki, bu model öz sinfində qalib olmaq üçün istehsal olunub».
Yeni sedanın təchizatına gəldikdə isə, «E-Class» modeli sürücünün yorğunluğunu təyin edə bilən («Attention Assist»), adaptiv ön işıqlandırma («Adaptive Highbeam Assist»), sürət məhdudiyyəti nişanlarını təyin edə bilən («Speed Limit Assist»), qəza təhlükəsi olan anda bütün lazımi təhlükəsizlik sistemlərini aktivləşdirən kompleks («Pre-safe») və bir sıra digər sistemlərlə təchiz olunub.
Bundan başqa, yeni «E-Class» istehsal olunarkən onun kuzasının möhkəmliyi 30% artırılıb. Mühərriklər isə əvvəlkindən 23% az yanacaq sərf edir.
Qeyd edək ki, təqdimat mərasimində iki model - «E-300» və «E-350» nümayiş olunub. Bu avtomobillərin təxmini satış qiyməti (komplektasiyadan asılı olaraq) müvafiq olaraq 70 min və 80 min avro təşkil edir.
Qeyd edək ki, «AutoStar Kaukasus» şirkəti 2001-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin minik avtomobilləri üçün Bakı şəhərinin Babək prospektində 1 satış mərkəzi, kommersiya avtomobilləri üçün isə Xocasən qəsəbəsində 1 servis mərkəzi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR