Bank Of Baku

Azərbaycanın ədliyyə və məhkəmə sistemlərində İKT-nin tətbiqinə başlanılır

Azərbaycanın ədliyyə və məhkəmə sistemlərində İKT-nin tətbiqinə başlanılır
# 08 aprel 2009 09:18 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Ədliyyə Nazirliyinin yerli qurumları və regionlarda fəaliyyət göstərən məhkəmələrin bu ilin sonuna kimi kompüter avadanlığı ilə təmin edilməsi nəzərdə tutulub. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bu tədbirlər «Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı» çərçivəsində həyata keçiriləcək.
Bununla yanaşı, proqram çərçivəsində ədliyyə sistemində və məhkəmələrdə yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi işinin sürətləndirilməsi, ədliyyə orqanlarında avtomatlaşdırılmış informasiya sisteminin və məhkəmələrin fəaliyyətində yeni texnologiyaların tətbiqi, ədliyyə orqanları və məhkəmələrin informasiya resurslarının işlənməsində müasir texnologiyaların tətbiqi planlaşdırılır.
Qeyd edək ki, artıq ədliyyə sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq tenderlər elan olunub. Belə ki, Azərbaycan məhkəmələrində yenidənqurma və tikinti işlərinin layihələndirməsini Azərbaycanın MDD şirkəti həyata keçirəcək, Ədliyyə Nazirliyinin və rayon məhkəmələrinin kompüter avadanlığı ilə təmin edilməsi ilə bağlı tenderin nəticələri isə aprelin son dekadasında müəyyənləşəcək.
Proqram Dünya Bankının ayırdığı 35,6 mln. dollar, o cümlədən Beynəlxalq İnkişaf Assosiasiyasının 21,6 mln. dollar, Yoxsulluğun Azaldılması üzrə Yaponiya Xüsusi Fondunun 3 mln. dollar və Azərbaycan hökumətinin 11 mln. dollar həcmində ayırdığı vəsait hesabına həyata keçiriləcək. Vəsaitlər ilk 10 ili güzəştli olmaq şərtilə, illik 0,75% dərəcəsilə 35 il müddətinə ayrılıb və 5 il ərzində istifadə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR