Bank Of Baku

Bakıda İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqinə dair III Beynəlxalq Konfrans keçiriləcək

Bakıda İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqinə dair III Beynəlxalq Konfrans keçiriləcək
# 08 aprel 2009 10:05 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Qafqaz Universiteti, Azərbaycan Texniki Universiteti, Türkiyə və Özbəkistanın elektrik və elektrik mühəndisləri institutlarının birgə təşkilatçılığı ilə Bakıda İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqinə dair III Beynəlxalq Konfrans (AICT 2009) keçiriləcək. Qafqaz Universitetindən APA-ya verilən məlumata görə, bu il oktyabrın 14-16-da təşkil olunacaq konfransda məqsəd informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsi üzrə mütəxəssisləri bir araya gətirmək, onları təhsil, biznes, təhlükəsizlik məsələləri, səhiyyə, ticarət, peyk xidmətləri, elektron hökumət, mobil, simsiz və optik rabitə və digər sahələrdə yeni texnologiyaların tətbiqi ilə bağlı son tədqiqatlarla tanış etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR