Bank Of Baku

Azərbaycanda bələdiyyə torpaqlarının hərraclarda satılması qaydaları ilə bağlı sorğu keçirilib

Azərbaycanda bələdiyyə torpaqlarının hərraclarda satılması qaydaları ilə bağlı sorğu keçirilib
# 08 aprel 2009 11:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi Azərbaycanın müxtəlif bölgələrindən olan 30 bələdiyyə təmsilçisi arasında apardığı sorğunun nəticələrini açıqlayıb. «APA-Economics»in məlumatına görə, tədbirdə birliyin nümayəndəsi Samir Əliyev sorğunun keçirilməsinin əsas məqsədini bələdiyyələrin yeni qaydalara münasibətinin öyrənilməsi olduğunu bildirib.
S.Əliyevin sözlərinə görə, respondentlərin 67%-i bələdiyyə sədri, 10%-i sədr müavini, 23%-i isə bələdiyyələrin sıravi üzvü olub. Sorğuda iştirak edən bələdiyyələrin 77%-i kənd, 13%-i qəsəbə, 3%-i rayon və 7%-i şəhər bələdiyyəsi olub.
«Bələdiyyə torpaqlarının hərraclar vasitəsi satılması və ya icarəyə verilməsi qaydaları, mexanizmləri barədə nə bilirsiniz?» sualına cavab olaraq, respondentlərin 40%-i tam məlumatlı olduqlarını bildiriblər. Qalan 60% isə qismən məlumata malikdir. Bələdiyyələr arasında yeni qaydalarla bağlı məlumatsız olanlara rast gəlinməyib.
S.Əliyevin sözlərinə görə, yeni qaydalarla bağlı məlumat azlığının səbəbini sorğuya cəlb olunanların yarısı göstərməyib. Bununla belə, respondentlərin 39%-i məlumat azlığını onlara yeni qaydalar barədə rəsmi məlumatın daxil olmaması və bu məlumatları dövrü mətbuatdan əldə etdiklərini bildiriblər. Bələdiyyə üzvlərinin 5,5%-i bunu izahat işlərinin düzgün aparılmaması, 55,5%-i isə məlumatlardakı ziddiyyətlərlə əlaqələndirib.
Sonda sorğu ilə bağlı təhlil nəticələrini qeyd edən S.Əliyev satışa çıxarılacaq torpaqdan əldə edilən vəsaitin bir hissəsinin Hərrac Komissiyasına ödənilməsi amilinin narahatlıq doğurduğunu vurğulayıb. Həmçinin, təhlil nəticəsində komissiyanın tərkibi ilə bağlı bələdiyyələrdə narahatçılıq və narazılıqların olması göstərilir.
Qeyd edək ki, tədbirdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi torpaq bazarının təşkili sektorunun müdiri Lətif Qasımov da iştirak edib. L.Qasımov bələdiyyələrlə bağlı qəbul edilmiş yeni qaydalar haqqında bələdiyyə üzvləri və jurnalistlərin verdiyi sualları cavablandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR