Bank Of Baku

Azərbaycanda «İKT İnkişaf Fondu» və «İKT Assosiasiyası» yaradılacaq

Azərbaycanda «İKT İnkişaf Fondu» və «İKT Assosiasiyası» yaradılacaq
# 08 aprel 2009 12:33 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Elektron hökumət»in formalaşdırılması üzrə 2012-ci ilədək tədbirlər planı çərçivəsində E-hökumət xidmətlərinə çıxışın təmin olunması istiqamətində E-xidmətləri təmin edən ictimai İnternet məntəqələri şəbəkəsinin yaradılması, informasiya fərqliliyinin azaldılması tədbirlərinin monitorinqlərinin təşkili nəzərdə tutulub.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bununla yanaşı, nazirliyin tədbir planına uyğun olaraq, İKT sahəsində «beyin mərkəzi» kimi milli ekspertlər qrupunun, «İKT İnkişaf Fondu»nun, «İKT Assosiasiyası»nın və digər ictimai-peşəkar birliklərin yaradılması, əhalinin informasiya təhlükəsizliyi sahəsində maarifləndirilməsi işlərinin həyata keçirilməsi, qlobal «təhlükəsizlik mədəniyyəti»nin yayılması üçün təkliflərin işlənilməsi planlaşdırılır.
Bununla yanaşı, nazirliyin tabeçiliyində olan «Azərpoçt» Dövlət Müəssisəsinin bank xidmətlərinin göstərilməsinə başlayacağını nəzərə alaraq, bank sistemi ilə RİTN arasında qarşılıqlı əlaqəni təmin edən «ödəniş şlüzunun» yaradılması nazirliyin qarşısında duran əsas məsələlərdən biridir.
Hazırda nazirlik paralel olaraq bütün bu istiqamətlərdə məqsədyönlü iş aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR