Bank Of Baku

Azərbaycanda “Dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın satınalma qiymətinin hesablanması Qaydası” təsdiqlənib

Azərbaycanda “Dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın satınalma qiymətinin hesablanması Qaydası” təsdiqlənib
# 08 aprel 2009 16:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Nazirlər Kabineti «Dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın satınalma qiymətinin hesablanması Qaydası»nın təsdiqləyib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Sənədə əsasən, daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması barədə qərar Nazirlər Kabineti tərəfindən İqtisadi İnkişaf Nazirliyinin, Maliyyə Nazirliyinin və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin (DƏİEDK) birgə vəsatəti əsasında qəbul ediləcək.

Qərarda göstərilib ki, daşınmaz əmlakın satınalma qiyməti onun siyahıya alınma tarixindən və ya daşınmaz əmlakın alınması ictimaiyyətə bildirilməzdən 90 gün əvvəl əmlakın malik olduğu bazar qiymətinə bərabər olmalıdır. Daşınmaz əmlakın satınalma qiyməti hesablanarkən təcililiyin dərəcəsi, torpaq sahəsinin satışından imtina edən mülkiyyətçinin müvafiq qərarı mübahisələndirməsi ilə bağlı çəkdiyi xərclər, torpağın istifadəsindən əldə ediləcək gəlirlərin gələcəkdə artması və ya azalması barədə hər hansı mənbənin verdiyi proqnozla nəzərə alınmayacaq.

Qaydalarda əmlakın qiymətinin hesablanması, bu zaman nəzərə alınmalı olan məsələlər, satınalınmanın maliyyələşdirilməsi və s. əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR