Bank Of Baku

Azərbaycanda marşrutların sahibkarlara verilməsi qaydaları təsdiqlənib

Azərbaycanda marşrutların sahibkarlara verilməsi qaydaları təsdiqlənib
# 08 aprel 2009 16:25 (UTC +04:00)
Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib. Nəqliyyat Nazirliyi tərəfindən keçiriləcək müsabiqələrdə marşrutlar paketi gəlirli və gəlirsiz marşrutlar daxil edilməklə formalaşdırıla bilər. Nəqliyyat Nazirliyi müsabiqə qalibinin maddi-texniki bazasını nəzərə alaraq, hər bir şəhərdaxili və şəhərlərarası marşruta 5 ilədək, lakin 3 ildən az olmayan müddətə, beynəlxalq marşruta isə 3 ilədək, lakin 1 ildən az olmayan müddətə müqavilə bağlayacaq. Qalib şirkət dövlət sifarişi əsasında sərnişin daşımalarını yerinə yetirə bilmədikdə isə ona Nəqliyyat Nazirliyi tərəfindən ən azı 15 gün əvvəl xəbərdarlıq olunacaq. Bundan sonra nazirlik həmin müqaviləni birtərəfli qaydada vaxtından əvvəl ləğv etmək hüququna malikdir.

Bununla belə, müsabiqə iştirakçıları üçün məhdudiyyətlər də qaydalarda əksini tapıb. Belə ki, əvvəllər təqdim edilmiş və hər hansı lotu udmuş avtonəqliyyat vasitələri gələcəkdə başqa lot üzrə müsabiqədə iştirak etmək üçün təqdim edilə bilməz.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR