Bank Of Baku

Dünya maliyyə böhranı Azərbaycanın şin bazarına da təsir göstərib

Dünya maliyyə böhranı Azərbaycanın şin bazarına da təsir göstərib
# 09 aprel 2009 08:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Hazırda dünyada müşahidə olunan maliyyə böhranı Azərbaycanın şin bazarına da qismən təsir göstərib. Bu barədə «APA-Economics»ə Azərbaycanda şin satışı ilə məşğul olan aparıcı şirkətlərdən birinin baş meneceri Faiq Əsgərov məlumat verib.
F.Əsgərovun sözlərinə görə, Avropadan Azərbaycana gətirilən şinlərin qiymətində dəyişiklik olmasa da, Rusiyadan Azərbaycana idxal olunan şinlərin qiyməti bir qədər düşüb: «Avropa şin istehsalçıları şinlərin qiymətini endirməyib. Lakin Rusiya istehsalçıları qiyməti aşağı saldığından, Azərbaycanda da Rusiya istehsalı olan şinlərin qiyməti təxminən 30% düşüb».
F.Əsgərov onu da qeyd edib ki, yaxın gələcəkdə dünya iqtisadiyyatı dirçəlməsə, şinlərin qiyməti bir qədər də düşəcək.
Qeyd edək ki, Azərbaycanda minik avtomobilləri üçün şinlərin orta qiyməti 50-150 dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR