Bank Of Baku

Azərbaycanda soyuducu anbarların avadanlıqlarının alınması üçün tender keçirilir

Azərbaycanda soyuducu anbarların avadanlıqlarının alınması üçün tender keçirilir
# 09 aprel 2009 09:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti soyuducu anbarların avadanlıqlarının alınması məqsədilə açıq tender elan edib.
Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, tenderə əsasən, 4 ədəd (5 000, 2 000, 1 000 və 500 tonluq) meyvə, tərəvəz və digər məhsulların saxlanılması üçün soyuducu anbarların avadanlıqları alınmalıdır. Tenderdə iştirak etmək istəyənlər 600 manat məbləğində iştirak haqqı ödəməlidir. İddiaçılar bu ilin mayın 14-dək sənədlərini, mayın 21-dək isə tender təkliflərini təqdim etməlidir.
Qeyd edək ki, təkliflər zərflərinin açılma prosedurası mayın 22-də keçiriləcək.
Əlaqə telefonu: (+994 12) 425-61-29.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR