Bank Of Baku

Azərbaycanda ballast sularının idarə edilməsinə dair beynəlxalq seminar keçiriləcək

Azərbaycanda ballast sularının idarə edilməsinə dair beynəlxalq seminar keçiriləcək
# 09 aprel 2009 11:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Aprelin 14-dən 17-dək Bakıda ballast sularının idarə edilməsinə dair beynəlxalq seminar keçiriləcək. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Dəniz Administrasiyasının (ARDDA) mətbuat xidmətindən məlumat verilib.
ARDDA-nın Beynəlxalq Dəniz Təşkilatı ilə birgə keçirəcəyi seminarda Beynəlxalq Dəniz Təşkilatının ekspertləri ilə yanaşı, Qazaxıstan, Türkmənistan, İran və Rusiyadan nümayəndələr iştirak edəcəklər.
Seminarın məqsədi beynəlxalq dəniz daşımaları zamanı dəniz ətraf mühitinin mühafizəsi, gəmilər tərəfindən dənizin çirklənməsinin qarşısının alınması, dəniz bioloji mühitinin qorunub saxlanması üzrə təcrübə mübadiləsinin aparılması və mövcud təcrübə bazasının təkmilləşdirilməsindən ibarətdir.
Seminarda həmçinin Fövqəladə Hallar, Nəqliyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Xəzər Dəniz Gəmiçiliyi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Xəzər Dəniz Neft Donanması və dənizçilik sahəsində fəaliyyət göstərən digər təşkilatlardan da nümayəndələr iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR