Bank Of Baku

Azərbaycanda ilin əvvəlindən əhalinin istifadəsinə 5,2 mindən çox stasionar telefon nömrəsi verilib

Azərbaycanda ilin əvvəlindən əhalinin istifadəsinə 5,2 mindən çox stasionar telefon nömrəsi verilib
# 09 aprel 2009 11:26 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən 2009-cu ilin I rübü ərzində 5 228 ailə stasionar telefon xətləri ilə təmin olunub.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata əsasən, bu ilin yanvar-mart ayları ərzində istifadəyə verilmiş telefon xətlərinin ümumi sayından 3 356 nömrə «Aztelekom» İstehsalat Birliyi, 1 872-si isə Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən quraşdırılıb.
Xatırladaq ki, stasionar telekommunikasiya şirkətlərinin qarşısına gələcəkdə tariflərin yenidən baxılması, hətta telefon çəkilişi tariflərinin sıfıra endirilməsi imkanlarının araşdırması məqsədləri qoyulub. Bütün bunlar bu ilin ilk yarısı ərzində həyata keçirilməlidir və bunun nəticəsində «100 ailəyə 100 telefon layihəsi» reallaşmalıdır.
Hazırda Bakı şəhəri üzrə istifadəçilərin 15%-i hələ də koordinat sistemindən istifadə edir ki, bu da RİTN-in müəssisə və birliklərinin əsas həll edilməli olan problemlərindən biridir.
Qeyd edək ki, 2008-ci ilin yekunlarına görə, Azərbaycanda hər 100 nəfər əhaliyə düşən sabit şəbəkə abunəçilərinin sayı 15,5 nəfərdir. Bununla yanaşı, 2008-ci ilin nəticələrinə görə, hər 100 ailəyə düşən sabit şəbəkə abunəçilərinin sayı cəmi 65,8 nəfər, o cümlədən Bakı şəhəri üzrə 123,7 nəfər, digər ərazilərdə 45,9 nəfər, o cümlədən kənd yerlərində 29,8 nəfər təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR