Bank Of Baku

Azərbaycanın qərb bölgəsində radioelektron vasitələrin işinə nəzarət məqsədi ilə araşdırma aparılır

Azərbaycanın qərb bölgəsində radioelektron vasitələrin işinə nəzarət məqsədi ilə araşdırma aparılır
# 09 aprel 2009 12:29 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Dövlət Radiotezliklər İdarəsinin (DRİ) rəisi Əflatun Məmmədov Gəncə-Qazax bölgəsində ezamiyyətdə olub.
DRİ-dən «APA-Economics»ə verilən məlumata görə, səfərin məqsədi bölgədə idarənin efirə radionəzarət məntəqələrinin fəaliyyəti, məntəqələrdə işin təşkili ilə bağlı vəziyyətin yoxlanılması və respublika üzrə qurulması planlaşdırılan Mərkəzləşmiş Avtomatik Radiomonitorinq Şəbəkəsinin tərkib hissəsi olan Gəncə regionu üzrə BTI (Itnernational Telecomminication Union) tövsiyələrinə uyğun stasionar efirə radionəzarət məntəqəsinin qurulması üçün müvafiq yerlərin araşdırılması olub.
Bununla yanaşı, DRİ-nin radioelektron vasitələrin işinə nəzarət şöbəsi (REVİNŞ) bu il üçün nəzərdə tutulan və artıq təsdiqlənmiş plana uyğun olaraq 102 idarə və təşkilatda istismar olunan REV-ə texniki baxış keçirilib, o cümlədən həmin təşkilatlarda möhürlənmiş avadanlıqlara yenidən baxış keçirilərək möhürlənmə işləri aparılıb.
Müəssisə və təşkilatlarda istismar olunan REV-lər üzrə keçirilən texniki baxış zamanı 472 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif tipli REV aşkarlanıb. DRİ-də dövlət qeydiyyatından keçmədən qeyri-qanuni REV-lərin istifadəçilərinə qarşı 34 protokol yazılıb və müvafiq tədbirlər görülüb.
Bununla yanaşı, şöbə tərəfindən paytaxtda Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin ATS və Qovşaqlarında (damlarında) quraşdırılmış REV-lərə texniki baxış keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR