Bank Of Baku

Azərbaycan ilkin mərhələdə Ümumdünya Elektron Kitabxanasına qoşula bilməyəcək

Azərbaycan ilkin mərhələdə Ümumdünya Elektron Kitabxanasına qoşula bilməyəcək
# 09 aprel 2009 12:48 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Aprelin 21-də YUNESKO-nun Parisdə yerləşən qərargahında İlk Ümumdünya Elektron Kitabxanasının (ÜEK) veb-saytının təqdimat mərasimi keçiriləcək.
«APA-Economics»in məlumatına görə, ÜEK-in yaradılma ideyası ABŞ Konqresi Kitabxanasının direktoru Ceyms Billinqtona məxsusdur. Layihə çərçivəsində bir sıra ölkənin milli kitabxanalarında saxlanılan nadir kitablar, manuskriptlər, xəritələr, plakatlar, markalar, filmlər, audio və video yazılar, fotoşəkillər və digər materiallar artıq rəqəmli vəziyyətə salınıb və İnternetdə açıq çıxışla yerləşdiriləcək.
Hazırda ÜEK kataloqu təxminən 1 min nüsxədən ibarətdir, buna baxmayaraq, bu kataloqa daim əlavələr olunur. Saytda axtarış sistemi isə yeddi dildə işləyəcək. Əvvəlcə Ümumdünya Elektron Kitabxanasını hazırda 26 milyon ədəd sənəd saxlanılan ABŞ Konqresi Kitabxanasının bazasında yaratmaq nəzərdə tutulduğuna baxmayaraq, son 4 il ərzində layihəyə bir sıra dövlətlərin kitabxanaları və milli arxivləri, o cümlədən layihədə Fransa, Braziliya, İsveçrə, Rusiya kitabxanaları iştirak edir.
Azərbaycanın M.F.Axundov adına Milli Kitabxanasının elektronlaşması hazırda başa çatmadığı üçün, yeni resursa qoşulması mümkün deyil.
Milli Kitabxanadan «APA-Economics»ə verilən məlumata əsasən, gələcəkdə bu istiqamətdə işlərin aparılması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR