Bank Of Baku

Azərbaycanda daşınmaz əmlakın reyestri ilə bağlı «Qaynar xətt» açılıb

Azərbaycanda daşınmaz əmlakın reyestri ilə bağlı «Qaynar xətt» açılıb
# 09 aprel 2009 12:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində (DƏDRX) 148 nömrəli «Qaynar xətt» fəaliyyətə başlayıb. Bu barədə «APA-Economics»ə DƏDRX-in mətbuat xidmətindən məlumat verilib.
Vətəndaşlar respublikanın istənilən bölgəsindən 148 nömrəsinə zəng etməklə əmlakının qeydiyyatı ilə bağlı ərizə, şikayət və müraciətlərini Xidmət Aparatına ünvanlaya, əmlakın texniki inventarlaşdırılması və qiymətləndirilməsi ilə bağlı suallar verə, hüquqi məsləhət ala, mülkiyyət hüquqlarının qeydiyyatı üzrə dövlət rüsumları barədə öyrənə, ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi üzrə suallarına cavab ala bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR