Bank Of Baku

Azərbaycanda yaşayış obyektlərinin qiymətləndirməsi sistemi yaradılır

Azərbaycanda yaşayış obyektlərinin qiymətləndirməsi sistemi yaradılır
# 09 aprel 2009 12:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Kooperasiyası (IFC) Azərbaycanda yaşayış obyektlərinin qiymətləndirməsi üzrə ilk sistemin qurulmasına yardım edir.
IFC-nin Bakıdakı nümayəndəliyindən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycanda bu sistemin formalaşması banklardan kreditlərin alınmasında daşınmaz əmlakdan girov kimi istifadə edilməsini asanlaşdırmaqla yerli ipoteka bazarının inkişafına yardım edəcək.
«Azərbaycanda kreditlərin təxminən 70%-nin daşınmaz əmlakın girov qoyulması yolu ilə əldə edilməsini nəzərə alsaq, yaradılan sistem qiymətləndirmə praktikasının təkmilləşdirilməsi və sistematik risklərin minimuma endirilməsi baxımından ölkənin ipoteka girov bazarında mühüm rol oynayacaq», - deyə IFC-dən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR