Bank Of Baku

«Azercell» şirkəti İsrailin «Pelephone» operatoru rouminq müqaviləsi bağlayıb

«Azercell» şirkəti İsrailin «Pelephone» operatoru rouminq müqaviləsi bağlayıb
# 09 aprel 2009 13:53 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti ilə İsrailin «Pelephone» operatoru arasında beynəlxalq rouminq xidməti istifadəyə verilib.
«Azercell Telecom»un Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, bu, «Azercell»in İsrail ilə dördüncü rouminq müqaviləsidir. «Azercell» abonentləri hazırda İsrailin «Mirs», «Partner» və «Cellcom» operatorlarının xidmətindən yararlanırlar.
Xatırladaq ki, indiyə kimi «Azercell Telecom» şirkəti 148 ölkənin mobil rabitə operatorları ilə 375 rouminq sazişi bağlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR