Bank Of Baku

«Azərpoçt» rabitə operatorlarının xidmətləri üzrə ödənişləri qəbul edəcək

«Azərpoçt» rabitə operatorlarının xidmətləri üzrə ödənişləri qəbul edəcək
# 09 aprel 2009 14:02 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. «Azərpoçt» Dövlət Müəssisəsi Avtomatlaşdırılmış Korporativ İnformasiya Sistemi vasitəsi ilə «Bakcell» mobil rabitə operatorunun göstərdiyi xidmətlər üzrə ödənişlərin qəbuluna başlayıb.
«Azərpoçt»dan «APA-Economics»ə verilən məlumata əsasən, hazırda «Azercell», «Ultel», «Catel» və digər rabitə operatorlarının da telefon pullarının qəbulunun birbaşa poçt sistemi üzərindən aparılması üçün müvafiq hazırlıq işləri həyata keçirilir.
Qeyd edək ki, «Azərpoçt» Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin qurulması üzrə işləri ötən il başlayıb. Artıq 2008-ci ilin noyabrından etibarən yeni sistem vasitəsilə şəhər telefon pullarının qəbulu üzrə xidmətin göstərilməsinə başlanılıb. Hazırda «Azərpoçt» Bakı şəhərində yerləşən 6 poçt filialının mərkəzi aparatları, eyni zamanda onların mühasibatlığı yeni sistemə keçirilib və 96 poçt şöbəsi yeni sistemə tam olaraq qoşulub.
Xatırladaq ki, sistemin qurulması ilə əlaqədar bütün işlər «Hewlett Packard», «Colvir» və «Sinam» şirkətləri tərəfindən həyata keçirilir. Cari ilin sentyabr ayında sistemin tam təhvil verilməsi və poçt filiallarının mərkəzi aparatlarının, eləcə də onların mərkəzi poçt şöbələrinin və digər iri poçt şöbələrinin sistemə qoşulması həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR