Bank Of Baku

Azərbaycan Milli Elmlər Akademiyasının İnternetlə təminatı yaxşılaşdırılacaq, server və proqram təminatı yenilənəcək

Azərbaycan Milli Elmlər Akademiyasının İnternetlə təminatı yaxşılaşdırılacaq, server və proqram təminatı yenilənəcək
# 09 aprel 2009 14:10 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda keçirilən iclasda əməkdaşların elmi, elmi-texniki və praktiki fəaliyyətini stimullaşdırmaq məqsədilə hazırlanan innovativ mükafatlandırma sisteminin layihəsi qəbul olunub.
AMEA-dan «APA-Economics»ə verilən məlumata əsasən, sistemin layihəsinin qəbul edilməsi ilə bağlı mükafatlandırma komissiyası yaradılıb.
Bununla yanaşı, AMEA və İnstitut əməkdaşlarının İnternet xidmətləri ilə təminatının yaxşılaşdırılması məqsədi ilə köhnəlmiş serverlərin yeniləri ilə əvəz edilməsi, yeni proqram təminatının alınması və s. tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
İclasda həmçinin institutun maddi-texniki bazasının gücləndirilməsi və əməkdaşların sosial problemlərinin həlli ilə bağlı məsələlər müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR