Bank Of Baku

Azərbaycan nümayəndələri «EurasiaCom 2009» forumunda iştirak ediblər

Azərbaycan nümayəndələri «EurasiaCom 2009» forumunda iştirak ediblər
# 09 aprel 2009 14:52 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi «Aztelekom» İstehsalat Birliyinin (İB) baş direktoru Məhəmməd Məmmədov İstanbulda (Türkiyə) keçirilən «EurasiaCom 2009» beynəlxalq forumunda iştirak edib.
«Aztelekom»dan «APA-Economics»ə verilən məlumata əsasən, tədbirə Avrasiyanın 14 ölkəsindən 90 nümayəndə heyəti qatılıb. Forumda Azərbaycanı M.Məmmədovla yanaşı Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov təmsil edib. Azərbaycan nümayəndələri dəyirmi masalarda və diskussiyalarda fəal iştirak etməklə yanaşı, forumda geniş məruzələrlə də çıxış ediblər. R.Məmmədov öz çıxışında Azərbaycanda gedən sürətli iqtisadi inkişaf fonunda Muxtar Respublikanın çətin blokada şəraitində olmasına baxmayaraq, qazandığı nailiyyətlər barədə geniş məlumat verib.
«Aztelekom» İB-nin baş direktoru M.Məmmədov isə forumun ikinci günündə «Milli sabit şəbəkə operatorları üçün perspektivlər: genişzolaqlı rabitə xidmətlərinin göstərilməsi üçün sabit şəbəkə infrastrukturunun inkişafı» mövzusu üzrə aparılan müzakirələr çərçivəsində «Milli Operatorun çıxışı» kontekstində məruzə ilə çıxış edib. M.Məmmədov yeni nəsil NGN şəbəkəsinin tətbiqini vacib edən amilləri xüsusi ilə qeyd edib. O bildirib ki, hazırda Sumqayıt və Gəncə şəhərlərində, Abşeron və Göyçay rayonlarında NGN şəbəkəsinin qurulması üzrə fəal iş aparılır.
Bununla yanaşı qeyd olunub ki, Şərq-Qərb informasiya dəhlizi üzərində yerləşən Azərbaycanın regionda lider ölkəyə çevrilməsinin dünyanın nüfuzlu təşkilatları tərəfindən qəbul edildiyi, ölkəmizdə İKT-nin inkişaf etdirilməsi dövlət siyasətinin prioritet sahələrindən olduğu, son illər İKT sektorunda aparılan islahatlar, Azərbaycanın regional layihələrin iştirakçısı və təşəbbüskarı kimi qlobal informasiya cəmiyyətinin formalaşdırılmasında fəal mövqe tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR