Bank Of Baku

Amerikalılar mobil bankçılıq xidmətinə etibar etmir

Amerikalılar mobil bankçılıq xidmətinə etibar etmir
# 10 aprel 2009 06:40 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Amerikalıların əksər hissəsi mobil telefonlar vasitəsilə şəxsi maliyyə əməliyyatlarının aparılmasına etibar etmir.
KPMG şirkəti tərəfindən 500 respondent arasında sorğu keçirilib və onların yalnız 9%-i təsdiq edib ki, mobil bankçılıq təcrübəsinə malikdir. Sorğuda iştirak edən respondentlərin 76%-i bank xidmətlərindən online rejimində fərdi kompüter vasitəsi ilə müntəzəm olaraq istifadə edir.
Sorğuolunanların 95%-i İnternetdə mobil telefon vasitəsi ilə alqı-satqı əməliyatları aparmaq fikrində deyil, 48% bu cür tranzaksiyalar həyata keçirərkən təhlükəsizlik məsələlərindən narahat olduğunu bildirib.
Sorğu iştirakçılarının təxminən 19%-i yaxın bir il ərzində mobil bankçılıq xidmətlərindən istifadə etməyə hazır olduğunu bildirib, lakin cəmi 7% bu xidmətin pulunu ödəməyə hazırdır.
Qeyd edək ki, Azərbaycanda mobil bankçılıq xidmətlərinin istifadəçilərinin sayı bəzi banklarda İnternet bankçılıq xidmətlərinin istifadəçilərindən çoxdur. Lakin burda bu xidmətlər bir çox hallarda bank əməliyyatlarının həyata keçirilməsindən daha çox hesabdan çıxarışların əldə olunması, yeni xidmətlər haqqında məlumatların alınması və s. üçün istifadə edilir, konkret bank əməliyyatları isə çox az sayda həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR