Bank Of Baku

Azərbaycan paytaxtını su ilə təchiz edən yeni kəmərin inşası yayın sonunadək başa çatacaq

Azərbaycan paytaxtını su ilə təchiz edən yeni kəmərin inşası yayın sonunadək başa çatacaq
# 10 aprel 2009 10:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi bu ilin avqust ayınadək yekunlaşacaq. Bu barədə «APA-Economics»ə açıqlamasında layihənin podratçılarından olan Türkiyənin «Turan Hazinedaroğlu» şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Zəfər Özkök məlumat verib.
Z.Özkökün sözlərinə görə, avqust ayınadək boruların çəkilişi başa çatdırılacaq, bundan sonra kəmərdə SKADA nəzarət sistemi qurulacaq. İşlər yekunlaşandan 2 ay ərzində test sınaqları həyata keçiriləcək.
«Artıq 210 km hissədə tikinti işləri başa çatıb və 40 km məsafədə işlərimiz qalıb. Çalışırıq ki, ilin sonuna qədər kəməri tam istifadəyə verək», - deyə Z.Özkek vurğulayıb.
Qeyd edək ki, uzunluğu 250 km olan Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinə 2007-ci ilin martında başlanıb. Məhsuldarlığı saniyədə 5 kubmetr olacaq bu kəmər əsasən şüşə lifli borulardan inşa olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR