Bank Of Baku

Azərbaycan Dövlət Statistika Komitəsi texniki bazasının təkmilləşdirilməsini davam etdirir

Azərbaycan Dövlət Statistika Komitəsi texniki bazasının təkmilləşdirilməsini davam etdirir
# 10 aprel 2009 10:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Statistika Komitəsi (DSK) kompüter, kompüter avadanlıqları və vahid şəbəkənin təkmilləşdirilməsi proqramının icrasını davam etdirir. «APA-Economics»in məlumatına görə, bunu DSK-nın sədri Arif Vəliyev bildirib.
A.Vəliyevin sözlərinə görə, bu proqramın təkmilləşdirilməsi hər vaxt davam etdirilir və vaxtaşırı DSK müasir avadanlıq və proqram təminatı ilə təmin olunur: «Bizim artıq vahid şəbəkə sistemimiz var ki, bütün rayon statistika şöbələri ilə əlaqəmiz mövcuddur».
Xatırladaq ki, aprelin 13-22-də Azərbaycanda keçiriləcək əhalinin siyahıya alınma üçün DSK tərəfindən 200 kompüter və 2 server alınaraq quraşdırılıb.
Qeyd edək ki, ötən il Dövlət Statistika Komitəsi tərəfindən komitənin mərkəzi aparatında və onun struktur bölmələrində kompüterlərin və proqram təminatının vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə fərdi kompüterlər, proqram təminatı, həmçinin sürət çıxaran texnika alınıb.
Bununla yanaşı, milli statistika sistemində müasir tələblərə cavab verməyən kompüterlər yeniləri ilə əvəz edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR