Bank Of Baku

Ukrayna və Azərbaycan birgə elmi müsabiqə keçirir

Ukrayna və Azərbaycan birgə elmi müsabiqə keçirir
# 10 aprel 2009 11:01 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Ukrayna Elm və Texnologiya Mərkəzi (UETM) ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) müştərək Məqsədli Tədqiqat və İnkişaf Təşəbbüsləri (MTİT) Proqramı çərçivəsində nanotexnologiya və yeni materiallar, biokimya texnologiyaları və geoinformatika sahələri üzrə 2009-cu ilin layihələr müsabiqəsini elan edib. Müsabiqə iki qurum arasında imzalanmış əməkdaşlıq haqqında bəyanat əsasında təşkil olunur.
Müsabiqənin şərtlərinə görə, layihə iştirakçılarının ən azı 50%-i kütləvi qırğın silahlarının inkişafı sahəsində təcrübəsi olan alimlər olmalı, layihələrin ümumi büdcəsi 100 min dollara qədər məhdudlaşdırılmalı, təqdim olunan bütün layihələr üçün tələb olunan üç maliyyələşdirən xarici ölkənin (ABŞ, Kanada, Avropa İttifaqı) birindən ən azı bir elmi əməkdaş (kollaborator) olmalıdır.
Xarici ölkədən olan potensial əməkdaş bu layihə ilə maraqlandığını UETM-ə təqdim edilən dəstək məktubu ilə təsdiq etməlidir. AMEA tərəfindən tam forma bu ilin iyulun 6-na kimi UETM-ə təqdim olunmalıdır.
Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd əməkdaşlıq əlaqələrini genişləndirmək və inkişaf etdirməkdir. Layihələr seçilmiş qabaqcıl elmi istiqamətlər sahəsində olmalı və müəyyən edilmiş qaydalarla təqdim edilməlidir. Qəbul olunmuş qərar bu ilin noyabrın ortasında UETM-in Administrativ Şurasının iclasında rəsmi elan ediləcək.
Müsabiqədə iştirak etmək istəyənlər aprelin 13-dək əsas qaydalarla tanış ola, təklif və layihələrini AMEA-ya təqdim edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR