Bank Of Baku

Azərbaycan «Xalq kompüteri» layihəsinin icrasına yerli istehsalçıları da cəlb edəcək

Azərbaycan «Xalq kompüteri» layihəsinin icrasına yerli istehsalçıları da cəlb edəcək
# 11 aprel 2009 10:55 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanda həyata keçirilən «Xalq kompüteri» layihəsinin pilot mərhələsi bitdikdən sonra Azərbaycan müəllimlərinə 3 min kompüter təqdim olunacaq.
«APA-Economics»in məlumatına görə, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, ilkin pilot mərhələsində layihə çərçivəsində xarici istehsalçıların kompüterləri satılacaq, sonra isə yerli istehsalçı şirkətlərlə birgə yığılmış kompüterlər satılacaq, o cümlədən «Kür» və «Ultra» şirkətlərinin yığdığı kompüterlər realizə olunacaq.
Nazirin sözlərinə görə, bu sosial təşəbbüsün həyata keçirilməsi nəticəsində həm sosial təbəqələr kompüterləri güzəştli şərtlərlə alacaq, həm də yerli İT şirkətlərin istehsalı inkişaf edəcək.
Gələcəkdə layihə çərçivəsində səhiyyə işçiləri və dövlət qulluqçularına da kompüterləri güzəştlə almaq imkanı yaradılacaq. Azərbaycan hökumətinin layihədə iştirakı kreditlə kompüter alanlara zəmanətin verilməsindən ibarətdir. Belə ki, Təhsil Nazirliyi öz işçilərinin aldığı kompüterlərin ödənişinin vaxtı-vaxtında aparılacağına zəmanət verir.
Təhsil naziri Misir Mərdanov bildirib ki, müəllimlər ödənişləri vaxtında aparmadıqları təqdirdə həmin vəsait onların əmək haqqından tutulacaq.
Qeyd edək ki, «Xalq kompüteri» layihəsinin ilkin pilot mərhələsində HP şirkətinin istehsal etdiyi 500 kompüter müəllimlərə təqdim ediləcək. Kompüterlər 500-700 manat qiymət kateqoriyasına aiddir, bir il müddətinə faizsiz kreditlə satılacaq kompüterlər üçün ilkin ödəniş tələb olunmur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR