Bank Of Baku

Azərbaycan «Caspian Telecoms 2009» beynəlxalq sərgi-konfransında iştirak edəcək

Azərbaycan «Caspian Telecoms 2009» beynəlxalq sərgi-konfransında iştirak edəcək
# 13 aprel 2009 11:39 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndə heyəti Xəzər və Qara dəniz regionları, Türkiyə, Mərkəzi Asiya və Rusiya üçün Telekommunikasiya və İT texnologiyalar üzrə «Caspian Telecoms 2009» VIII Regional Konfrans və Sərgi-Təqdimatda iştirak edəcək.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata əsasən, aprelin 21-22-də İstanbulda (Türkiyə) keçiriləcək konfransda Azərbaycanı RİTN Aparatının rəhbərinin müavini İlham Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti və özəl şirkətlərin nümayəndələri təmsil edəcək. Nümayəndə heyətinə «Aztelekom» İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov, Beynəlxalq Əlaqələr və Hesablamalar Mərkəzinin direktoru Cəlil Cəfərov, Naxçıvan Muxtar Respublikası RİTN aparatının rəhbəri Adil Həsənovun daxil olacağı gözlənilir.
Azərbaycan nümayəndələri konfrans çərçivəsində məruzələrlə çıxış edəcək, xarici şirkətlərlə danışıqlar aparacaqlar. Belə ki, İ.Mərdanovun «Azərbaycanda İKT-nin bu günü, nailiyyətləri və perspektivləri», M.Məmmədovun «Azərbaycanda regionların telefonlaşması» mövzusunda çıxış edəcəyi gözlənilir.
Konfrans çərçivəsində ölkədə telekommunikasiya peyklərinin orbitə çıxarılması, Regional İnnovasiya Zonaları, Transmilli Avrasiya Supermagistralının yaradılması, Azərbaycan tələbələrinin xaricdə İKT üzrə təhsil alması, Azərbaycanda təhsil sektorunun informasiyalaşdırması Dövlət Proqramı (2008-2012-ci illər), poçt sisteminin «AZDATACOM» şəbəkəsinə qoşulması və TAE layihəsinin sualtı seqmentinin tikintisi məsələləri müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR