Bank Of Baku

Azərbaycanda mini-noutbukların satış həcminin artacağı proqnozlaşdırılır

Azərbaycanda mini-noutbukların satış həcminin artacağı proqnozlaşdırılır
# 13 aprel 2009 11:47 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Yaxın iki il ərzində Azərbaycanda kiçik kompüterlərin (mini-noutbuklar) satışında davamlı artım gözlənilir. İKT İnformasiya Mərkəzindən «APA-Economics»ə verilən məlumata əsasən, istifadəçilər arasında «mini-noutbuk» kimi adlandırılan bu kompüter qrupu üzrə satış həcminin artması onlarda daha ucuz və orta istifadəçi üçün zəruri alətlərin daxil edilməsi ilə bağlıdır. «Təcrübə göstərir ki, istehlakçıların əksər hissəsi İnternetdən daha tez-tez istifadə edir ki, bu da mini-noutbukların texniki imkanları ilə asanlıqla təmin olunur. Bundan əlavə, kiçik ölçülərinə baxmayaraq, mini-noutbuklarda həmçinin ofis proqramlarından istifadə etmək mümkündür və bu, onlara olan tələbatın artmasına daha bir səbəbdir», - deyə Mərkəzdən bildirilib.
HP şirkətinin biznes inkişafı üzrə meneceri Rasim Bəxşi hesab edir ki, mini-noutbuklar bazarı çox perspektivlidir, çünki sözügedən qurğular insanlara onların iş və gündəlik həyatında operativliyi artırır. Ekspertin sözlərinə görə, HP şirkəti mini-noutbuklara olan tələbatın gələcəkdə sürətlə artmasına strateji yanaşaraq, «MiniNote» ticarət nişanını qeydiyyatdan keçirib.
Qeyd edək ki, HP-nin «MiniNote» məhsulu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi və «Microsoft» Korporasiyasının birgə həyata keçirdiyi «Xalq kompüteri» layihəsi çərçivəsində təklif olunan üç kompüter növündən biridir.
«DisplaySearch» beynəlxalq analitik təşkilatın tədqiqatlarına əsasən, 2009-cu ildə dünyada mini-noutbukların satışı ötən illə müqayisədə 65% artmaqla 27 mln. ədədə çatacaq. Eyni zamanda, ənənəvi mobil PK-lərin satışı sadəcə 3% artmaqla 133 mln. təşkil edəcək. Bütün alıcıların qənaət haqqında düşündüyü ümumdünya iqtisadi böhran şəraitində mini-noutbuklar adi noutbuklarla müqayisədə daha ucuz alternativ hesab olunur. «DisplaySearch» hesab edir ki, bu baxımdan 2009-cu ildə satış həcminin Qərbdə deyil, gəlirləri daha az olan ölkələrdə artması proqnozlaşdırır.
İKT İnformasiya Mərkəzinin apardığı araşdırmalara əsasən, mini-noutbukların potensial alıcıları qrupuna məktəbyaşlı uşaqlar, tələbələr (əksər hissəsi qızlar), İnternetə giriş və elektron yazışma üçün kompüterlərdən istifadə edən 20-45 yaşlı insanlar daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR