Bank Of Baku

Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı üzrə yeni proqram hazırlanıb

Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı üzrə yeni proqram hazırlanıb
# 13 aprel 2009 12:17 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Yaxın vaxtlarda Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramının (2009-2012-ci illər) ölkə prezidenti tərəfindən təsdiqlənəcəyi gözlənilir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Aparatının rəhbərinin müavini İlham Mərdanovun «APA-Economics»ə verdiyi məlumata əsasən, artıq digər dövlət qurumları ilə razılaşdırılmış proqram layihəsi Nazirlər Kabinetinə təqdim olunub.
Qeyd edək ki, Proqram çərçivəsində informasiyanı mühafizə vasitələrinin hər növü üzrə əsas tələblərin müəyyənləşdirilməsi, bu sahədə milli istehsalçıların inkişafına və texnopark üzrə layihələrə dəstək verilməsi, e-hökumət çərçivəsində proqram-texniki vasitələrin uyğunluq və informasiya təhlükəsizliyi tələbləri üzrə sertifikatlaşdırılması işlərinin təşkili, informasiya təhlükəsizliyi sisteminin texniki tapşırıq və texniki-işçi layihəsinin hazırlanması və həyata keçirilməsi, bu sistemlə əlaqədar müvafiq qaydaların hazırlanması, informasiya sistemlərinə mümkün təhdidlərin və informasiyanın texniki sızma kanallarının, adekvat texniki, kriptoqrafik, proqramlı və digər mühafizə vasitələrinin təsnifatlarının hazırlanması nəzərdə tutulub.
Bununla yanaşı, e-hökumətin elmi-texniki problemləri üzrə aparıcı elmi-tədqiqat institutlarının təyin edilməsi, o cümlədən layihə-ekspertiza mərkəzi və IEEE-nin (Institute of Electrical and Electronics Engineers) milli kontakt qrupunun (bürosunun), İKT üzrə «Mühafizə və xəbərdaredici» şəbəkələrinin yaradılması, Dövlət Torpaq Kadastrı Sisteminin inkişaf etdirilməsi, üzərində ölkənin müxtəlif sosial-iqtisadi sahələri üzrə məlumat bankının əks etdirilməsi imkanı olan elektron rəqəmli xəritənin hazırlanması və aktuallığının daim təmin edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestrinin informasiya sisteminin inkişaf etdirilməsi, Daşınan Əmlakın Dövlət Reyestrinin informasiya sisteminin yaradılması, inkişaf etdirilməsi və aparılmasının təşkil edilməsi proqrama əsasən öndə duran məsələlərdəndir.
Proqram çərçivəsində həmçinin «Giriş-çıxış» Aavtomatlaşdırılmış Məlumat Axtarış Sisteminin davamlı inkişaf etdirilməsi, o cümlədən, e-imza üzrə sertifikat mərkəzinin əhalinin şəxsiyyət vəsiqələrindən biometrik məlumatlar və digər müvafiq rekvizitlər üzrə informasiya təminatının təşkili, zəruri proqram-texniki vasitələrin yaradılması, pasport və şəxsiyyət vəsiqələrinin verilməsində, yaşayış və olduğu yer üzrə qeydiyyatların aparılmasında, miqrasiya üzrə tənzimləmə və nəzarət işlərində, şəxsin identifikasiyası aparılan siyahıya alınması, səsvermə və digər sosial-iqtisadi sahələrdə (səhiyyə, təhsil, sosial təminat, əmlak, vergi, nəqliyyat, rabitə və s.) e-xidmətlərin genişləndirilməsi və digər məsələlərin həlli planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR