Bank Of Baku

«Delta Telecom» şirkəti EDTP Proqramı üzrə sertifikat alıb

«Delta Telecom» şirkəti EDTP Proqramı üzrə sertifikat alıb
# 13 aprel 2009 13:09 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanın «Delta Telecom» şirkəti Müəssisələrin İnkişafı və Təlimi Proqramı (EDTP) üzrə sertifikat alıb.
Şirkətin Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, proqrama 2007-ci ilin iyun ayında «BP» şirkəti və onun neft-qaz layihələri üzrə tərəfdaşları tərəfindən start verilib. Proqramın əsas məqsədi Azərbaycanın iqtisadı bazasının genişləndirməsinə kömək etmək, yerli şirkətlərin daxili və xarici bazarlarda, Xəzər və Qara dənizi regionunda rəqabətliliyini gücləndirməkdən ibarətdir.
EDTP müəssisələrə beynəlxalq standartlar səviyyəsinə çıxmaq üçün imkanlar yaradır. Proqram yerli şirkətlərə cari rəqabətliliklərini və standartlarını qiymətləndirməyə, tələb olunan standartlara nail olmaq üçün maliyyələşdirmə səviyyəsinin qiymətləndirməsində inkişaf yollarını müəyyən etməyə kömək edir.
«BP» şirkətinin 2007-2010-cu illər üçün nəzərdə tutulmuş EDTP Proqramı üzrə tərəfdaşı ACDI/VOCA təşkilatıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR